İzmirdə zəlzələdən ölənlərin sayı 110-a çatıb

21:28 03.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 110 nəfərə çatıb.

Hafta.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, xəsarət alanların sayı 1 027 nəfər təşkil edib. Onlardan 883 nəfəri evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanalarda davam edir.

Qeyd edək ki, İzmirdə oktyabrın 30-da 6,6 bal gücündə zəlzələ olub.