ABŞ-da 38 bölgədə illik temperatur rekordu qırılıb

16:14 17.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Milli Meteoroloji Xidməti dünən ölkənin 38 şəhərinin istilərə görə rekord qırdığını açıqlayıb.

ABŞ-da isti hava dalğasının təsiri ilə temperatur rekordu qırılıb. Milli Hava Xidmətinin (NWS) dünən verdiyi açıqlamada, Las-Veqasda temperatur rekordu dünən 47,2 dərəcə ilə yenilənərkən, Kaliforniyanın Ölüm Vadisində temperatur 53,9 dərəcəyə çatıb. ABŞ-ın cənub-qərbində yerləşən Arizona ştatında havanın temperaturu 17 gün ərzində 43 dərəcədən aşağı düşməyib.

Səlahiyyətlilər istilərin yaratdığı narahatlıqların ola biləcəyini bildirərək, qorunmağa ehtiyacı olanların, hətta uşaqların, hamilələrin və qocaların belə ciddi risk altında olduqları barədə xəbərdarlıq ediblər. Ölkədə yaradılan səyyar klinikalar üçüncü dərəcəli günəş yanığından əziyyət çəkən evsizlərə yardım göstərib. Kaliforniya və Nevada ştatlarının bəzi yerlərində ictimai binalar isə insanların istidən qorunmaq üçün “soyutma mərkəzləri”nə çevrilib.