ABŞ-ın eks-prezidentinin nəticəsi niyə “artsax”ın əski parçasını qaldırdı?

15:08 09.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrin erməni seqmentində ABŞ-ın 28-ci prezidenti olmuş Vudro Vilsonun nəticəsi Donald Buş Vilsonun gorbagor “artsax”ın əski parçasını qaldırdığını  əks etdirən fotosu paylaşılıb.

“Ermənistan Tanrının sivil dünyaya lütfüdür,  bu, danılmazdır və sənədli şəkildə tam təsdiqənib: ilk xristian xalqı… Ermənilər bəşəriyyətin tarixi vətənində əzab çəkən və sonra sağ qalan hər kəs üçün ilham mənbəyidir. Ermənilər gözəl, müstəqil və güclüdür”- dünyaya şəxsi maraqlardan qaynaqlanan ədalətsiz baxışın, xəstə təxəyyülün məhsulu olan bu düşüncələr də bəhs edilən fotoya şərhdə paylaşılıb və məhz Donald Buş Vilsona aid olduğu bildirilir. 

Hafta.az-ın araşdırmasından bəlli olub ki, ABŞ-ın eks-prezidentinin nəticəsi, “Vudro Vilson” Fondunun sədri Donald 2015-ci ilin aprelində  o zaman ermənilərin məskunlaşdığı Qarabağın dağlıq hissəsinə qeyri-qanuni səfər edib. Jurnalistin “Azərbaycanın “qara siyahısı”na düşəcəyinizdən qorxmursunuz?” sualına cavabında Vilson “yox” deyib.

“Xalqlar arasında dialoq vacibdir. Biz yeni eraya keçməliyik”-deyən Vilson daha sonra bildirib ki, “Dağlıq Qarabağ beynəlxalq münasibətlər sistemində yer tutmaq imkanına malikdir”.

Bəs Donald Vilsonun bu ermənipərəstliyi haradan qaynaqlanır.

Məsələ burasındadır ki, hələ XX əsrin əvvəllərində Ermənistanın Türkiyəyə ərazi iddiaları ABŞ prezidenti Vudro Vilsonun hamiliyi ilə güclü surətdə dəstəklənib. Hətta V.Vilson Ermənistan üzərində ABŞ-nin mandatını rəsmiləşdirmək üçün Senata müraciət etmişdi. Lakin 1920-ci il iyunun 1-də ABŞ Senatı 23 səs lehinə, 52 səslə əleyhinə olmaqla prezidentin arzusunu rədd etmişdi.

28 may 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib. Lakin antitürk və ermənipərəst mövqeyi ilə seçilən Vilson bu xahişi rədd edib.

Vilsonun düşüncələrinə görə insan haqları "Böyük Ermənistan və ermənilərin xilası"ndan ibarət idi. Sevr müqaviləsinin VI bölməsinin 89-cu maddəsinə görə Ərzurum, Trapezund, Van, Bitlis Ermənistana verilirdi. Onun sərhədlərini Vilson təyin edəcəkdi. Lakin elə bu vaxt müzəffər türk ordusu bir-birinin ardınca doğma vilayətlərini güclü hamisi olan düşmənin tapdağından azad edir və məkrli planın reallaşmaq ehtimalını puça çıxarırdı. V.Vilsonun qərarı ilə yaradılmalı olan süni "Müstəqil Ermənistan" iki həftəyə süqut etmişdi.

Lakin o da maraqlıdır ki, V.Vulsonun digər nəticəsi amerikalı məşhur rəssam-heykəltəraş, Tomas Sayre “Hafiztimes” adlı Azərbaycan nəşrinə müsahibəsində Azərbaycan, Bakı, xüsusən 1918-1920-ci illərdə mövcud olmuş AXC haqda xoş fikirlər səsləndirib.

Siyasət rubrikasından digər xəbərlər