Ağsuda qəza, yaralılar var

12:33 01.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsuda avtomobil qəzası baş verib.

Hafta.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndini ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Tağıyev Ruslan Rəfail oğlu, 1992-ci il təvəllüdlü Mollayev Amil Emin oğlu və 1998-ci il təvəllüdlü Heybətov İlkin Vəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəsarət alan şəxslərdən birinin vəziyyəti ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.