Aktyor 18 il müddətinə həbs edildi

21:40 05.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aktyor Ceffri Pasşel 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Hafta.az xarici mediaya istinadən xəbər verir ki, Ceffrinin keçmiş nişanlısı Kristen Uilson aktyorun onu divara və mebellərə çırpdığını, saçlarından tutaraq bütün ev boyunca sürüdüyünü iddia edib.

Məhkəmə aktyoru Kristeni evində zorla saxlamaq və ona qarşı şiddət tətbiq etmək maddələrini əsas götürərək qərar qəbul edib. Qərara əsasən, Ceffri 18 il həbs olunub. Bundan əlavə, onun şərti azadlığa buraxılma imkanı da ləğv edilib.

Qeyd edək ki, Ceffri daha çox "90 Day Fiancé" şousu ilə tanınıb.