Aktyor Sərkan Balbal xanımı Sabanur Kıraçdan ayrılır

11:15 14.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin məşhur "Çocuklar Duymasın" serialındakı "Tolqa" obrazı ilə tanınan aktyor Sərkan Balbal 8 illik həyat yoldaşı Sabanur Kıraç Balbala qarşı boşanma davası açıb.

Hafta.az-ın yazdığına görə, Balbalın həyat yoldaşının narkotik və spirtli içkilərə aludə olduğu iddia edilir. Belə olan halda Balbal 7 yaşlı övladına qəyyumluq verilməsini və 400 min lirə təzminat istəyir.

Hazırda işə İstanbul Ailə Məhkəməsində baxılır. Məhkəmə qeydlərinə görə, Sabanur Kıraç Balbal ərinin xəbərdarlığına baxmayaraq evdə narkotik və spirtli içkilərdən istifadəyə davam edib və uşaqlarının baxımına lazımi diqqət yetirməyib.

Sərkan Balbalın vəkili Selcən Akar məhkəməyə təqdim etdiyi vəsatətdə müvəkkilinin həyat yoldaşı tərəfindən zərərçəkən olduğunu və evin kilidinin dəyişdirildiyini, müvəkkilinin evə buraxılmadığını bildirib.

Müraciətdə qeyd olunur ki, uşağın mənafeyini nəzərə alaraq onun narkoman anasının yanında qalması məqsədəuyğun deyil.

Bundan əlavə, Sabanur Kıraç Balbalın səhv davranışı səbəbindən Sərkan Balbalı ailəsiz qoyduğu və ona psixoloji zərər verdiyi iddia olunur. Bu çərçivədə iddiaçı 400 min lirə təzminat və uşağın qəyyumluğunu tələb edir. Eyni zamanda, Sabanur Kıraç Balbalın uşağa və Sərkan Balbala yaxınlaşmasının qarşısını almaq üçün mühafizə orderi tələb olunur.

Oxunma sayı 296