Alen Delonun evində “silah anbarı” tapıldı

11:45 28.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Fransa polisi fransız aktyor Alen Delonun evindən 72 silah və 3 mindən çox güllə ələ keçirib.

Hafta.az-ın yazdığına görə, Parisdən təqribən 135 kilometr cənubda yerləşən Duşi-Monkorbonda aktyorun evində atış poliqonu tapılıb.

Prokurorlar Delonun silah icazəsi olmadığını bildiriblər.

88 yaşlı aktyor "Samuray" (1967) və “Borsalino” (1970) kimi hit filmlərdə sərt görünüşlü obrazları canlandıraraq, fransız kinosunun qızıl dövrünün ulduzu olub.

Çərşənbə axşamı başlayan axtarış, məhkəmə rəsmisi Delonun evində silah görərək hakimə xəbər verdikdən sonra aparılıb.

2019-cu ildə insult keçirən Delonun səhhəti son illər pis idi. Fransa mətbuatının yazdığına görə, onun daha bir üstü açılmayan ağır xəstəliyi var.

delonun ailəsindəki fikir ayrılıqları da son vaxtlar Fransada da manşetlərə çevrilir. Onun üç övladı bir-birinə qarşı məhkəmə çəkişməsi aparır, bu mübarizələrdə bir sıra təhqirlər, ittihamlar və mətbuatda gizli çəkilişlər dərc olunur.

Ən son qanuni hərəkət Delonun müalicəsi ilə bağlı idi və keçən ay məhkəmənin təsdiqlədiyi həkim onu ​​müayinə edib, lakin nəticələr övladları tərəfindən mübahisələndirilib.

Delonun aktyor kimi ictimaiyyətə sonuncu çıxışı 2019-cu ildə Kann Film Festivalında fəxri Qızıl Palma budağı alması olub.

2019-cu ilin sentyabrında o, dostu və kino ulduzu Jan-Pol Belmondonun Parisdə dəfn mərasimində iştirak edib.

Oxunma sayı 244