Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı işğalından dərhal sonra İsrailə getmək qərarına gələn Alla Puqaçova və Maksim Qalkin orada uzun müddət qalmağı planlaşdırmırlar. Rusiya mətbuatı xəbər verir ki, onlar ABŞ-a köçmək üçün artıq sənədləri hazırlayırlar.
Hafta.az bildirir ki, "Star News" Telegram kanalı Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı Roman Xudyakova istinadən xəbər verir: "Puqaçeva və Qalkin həmişəlik ABŞ-a köçəcəklər. Qalkinlər ailəsi artıq sənədləşdirmə işləri ilə məşğuldur”.
Maksim Qalkinin özü və həyat yoldaşı Al Borisovna Puqaçova bu məlumatı şərh etməyiblər.
Qeyd edək ki, Qalkin öz anti-müharibə mövqeyini bildirdikdən və ukraynalıları dəstəklədikdən sonra Rusiya Federasiyasında ona qarşı real təqiblər başlayıb.