Almaniyada əhalinin təxminən 74 faizi kilsə vergisinin artıq aktual olmadığı fikrini bölüşür.
Hafta.az-ın yazdığına görə, “Yougov” ictimai rəyi araşdırma institutunun Almaniya Xəbər Agentliyi adından keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 74 faizi kilsə vergisinin toplanmasının artıq müasir dövrə uyğun gəlmədiyini düşünür. Respondentlərin yalnız 13 faizi bu verginin məqsədəuyğun olduğunu düşünür. Digər 13 faiz isə bu məsələ ilə bağlı heç bir şərh verməyib.
Alman Yepiskoplar Konfransının (DBK) məlumatına görə, Katolik Kilsəsi üzv sayının azalmasına baxmayaraq, ötən il kilsə vergisi olaraq 6,8 milyard avrodan çox toplayıb. Almaniyadakı Evangelist Kilsəsi (EKD) üçün ötən il bu rəqəm 6,2 milyard avro idi.
İki böyük kilsənin 2019-cu ildə açıqladığı hesablamaya görə, kilsə vergisi gəlirləri vergi ödəyicilərinin maaşlarının artması səbəbindən 2060-cı ilə qədər 25 milyard avroya çatmalı, üzvlərin itirilməsi səbəbindən isə 13 milyard avro olaraq qalacaq.
Yougov sorğusunda özünü xristian hesab edənlərin 43 faizi kilsəni tərk etmək üçün kilsə vergilərini, 49 faizi isə cinsi istismar qalmaqallarını səbəb göstərib.
Məlumatlara görə, hər iki böyük kilsə əhəmiyyətli üzvlük itkisi ilə mübarizə aparır.
Ötən il katolik kilsəsini 523 min, protestant kilsəsini isə 380 minə yaxın insan tərk edib.
Bildirilib ki, sorğu iyulun 4-6-da 2 min nəfərlə aparılıb.