Almaniyadan Ukraynaya 700 milyonluq hərbi yardım

19:14 11.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniya Ukraynaya ümumi dəyəri 600-700 milyon avro olan daha bir hərbi yardım paketi verəcək. Bu, çərşənbə axşamı, iyulun 11-də məlum olub.

Almaniyanın dpa agentliyi öz mənbələrinə istinadən 700 milyon avroluq yardım paketi haqqında məlumat verir. “Spiegel” jurnalı yazır ki, Almaniya Ukraynaya 600 milyon avroya silah ayıracaq. Paketə Bundesver ehtiyatlarından iki “Patriot” buraxılış qurğusu və digər “yer-hava” silahları, 25 “Leopard 1” tankı, 20 Marder IFV, minatəmizləmə avadanlığı, “Leopard” tankları üçün təxminən 20 min artilleriya mərmisi və mərmi, həmçinin pilotsuz təyyarələr daxil olduğu bildirilir.