Amerika rok qrupu fitə basıldı: rusu səhnəyə çıxardığı üçün

11:28 16.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın Batumi şəhərində konsert zamanı Amerikanın “The Killers” rok qrupu rusiyalını səhnəyə dəvət etdiyü üçün tamaşaçılar ərəfindən fitə basılıb.

Hafta.az-ın “Europeyskaya Pravda”ya istinadən yazdığına görə, mahnılardan birinin ifasından əvvəl qrupun solisti Brandon Flovers zaldakılardan kimin zərbdə çalmağı bacardığını soruşub və bundan sonra əslən rus olduğu bilinən şəxsi səhnəyə dəvət edib. Bunu qəbul etməyən tamaşaçılar isə qrupu fitə basmaqla etiraz bildirib. Amma tamaşaçıların mənfi reaksiyasına baxmayaraq, qrup rus zərb ifaçısının müşayiəti ilə mahnı ifa edib.

“The Killers” qrupunun solisti mahnını bitirdikdən sonra orada olanlara üz tutaraq bildirib ki, onun fikrincə, milliyyət önəmli deyil və musiqidə sərhəd yoxdur. Bu sözlər zalda daha böyük narazılıqla müşayiət olunub, tamaşaçıların bir qismi meydan oxuyaraq konserti tərk edib.

Konsertdən sonra qrupun Twitter səhifəsində üzrxahlıq ifadəsi dərc olunub: "Biz etiraf edirik ki, “The Killers” filminin bütün izləyiciləri və pərəstişkarlarının "qardaş və bacı" olduqlarını göstərən şərh səhv şərh edilmiş ola bilər. Biz heç kimi incitmək istəmədik və üzr istəyirik”.

Xatırladaq ki, iyulun 31-də Rusiyanın Ukraynaya qarşı müharibəsini və prezident Vladimir Putini dəstəkləyən rusiyalı turistləri və RU.TV kanalının ulduzlarını daşıyan “Astoria Grande” kruiz layneri Batumi limanına gəlib. Gəminin gəlişi ilə əlaqədar tələbələr, müxalifətçilər və ictimai fəallar Batumi limanında etiraz aksiyasına toplaşıblar. Həmin axşam gəmi Batumidən yola salınıb.