Ankara Valiliyi meşə yanğınlarının qarşısının alınması ilə bağlı yeni qərarında bəzi gəzinti və istirahət yerləri istisna olmaqla, sentyabrın 30-dək meşə ərazilərinə girişin qadağan edildiyini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Ankara Valiliyindən bildirilib ki, meşələrdə və istirahət zonalarında insanların və nəqliyyat vasitələrinin sıxlığının artması, yüksək riskli meteroloji şəraitin davam etməsi səbəbindən meşə yanğınları ilə mübarizə üçün əlavə tədbirlər görülür. Bu çərçivədə küləş yandırılması, tarla işləri, üzümlüklərin təmizlənməsi, zibillərin yandırılması, elektrik xətlərində nasazlıqlar, gəzinti, çobanların ocaq qalaması, ildırım, qəsdən, səhlənkarlıq və ya ehtiyatsızlıq nəticəsində baş verən meşə yanğınlarının qarşısının alınması məqsədilə bəzi qərarlar qəbul edilib.