Netflix-in məşhur serialı “The Queen's Gambit” və tənqidçilər tərəfindən bəyənilən “Mad Max” serialının son hissəsi olan “Furiosa: A Mad Max Saga”nın ulduzu Anya Teylor-Coy xəyal etdiyi Disney rolunu açıqlayıb.
Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, 28 yaşlı ulduz bildirib ki, Disney məşhur "Frozen" animasiyasının canlı versiyası üzərində işləməyə başlasa, Elza obrazını canlandırmaq üçün əlindən gələni edəcək.
Məşhur aktrisa etiraf edib ki, arzusunda olduğu Disney və ya musiqi rolu ikonik Qar Kraliçası olacaq.
“Vogue Hong Kong” jurnalına müsahibə verən Teylor-Coy qardaşlarının uşaqlarına “o Elza idi” demək və onların əlindən buz atmaq istədiyini deyib.
"Mən həqiqətən bir musiqili oynamaq istəyirəm" deyib aktrisa və əlavə edib: "Mən qeyri-mümkün tapşırıqları yerinə yetirmək çətinliyini sevirəm. Düşünürəm ki, bu, mənim üçün inanılmaz dərəcədə həvəsləndiricidir. Ona görə də mahnı oxumaq, rəqs etmək və səhnədə çıxış etmək fikri məni həqiqətən həyəcanlandırır".
“The Menu” və “Son Night in Soho” filmlərindəki rolları ilə də tanınan Anya Teylor-Coy, Bella Mackinin “How to Kill Your Family” romanının seriala uyğunlaşdırılmasında qatil Qreys Bernard rolunu oynamağa hazırlaşır.
Disneyin yaradıcı şefi Cennifer Li keçən ay “Frozen” serialının pərəstişkarlarına şad xəbər vermiş və üçüncü filmin 2027-ci ildə ekranlara çıxacağını açıqlamışdı.
2013-cü ildə çəkilmiş “Frozen” filmi dünya üzrə 1,28 milyard dollar gəlir əldə edib.
“Frozen 2” 2019-cu ildə nümayiş olunub və qlobal kassada 1,45 milyard dollar qazanaraq ilk filmi geridə qoyub.