AQTİ-nin səyyar laboratoriyaları Qarabağda

15:42 28.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qurban bayramı günlərində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) stasionar və səyyar laboratoriyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

AQTİ-dən hafta.az-a verilən məlumata görə, Cəbrayıl və Füzuli rayonlarında, eləcə də Bakı şəhərində təşkil olunan heyvan kəsimi çadırlarında AQTİ-nin səyyar laboratoriyaları operativ xidmət göstərib.

Qurbanlıq heyvanlarda hər hansı xəstəlik şübhəsi yarandığı hallarda nümunələr götürülərək laborator müayinələrin operativ şəkildə aparılması üçün bütün zəruri şərait təmin olunub.

AQTİ-nin laboratoriyaları qida təhlükəsizliyi sahəsində müxtəlif növ müayinələrin həyata keçirilməsi üçün müasir avadanlıqlarla tam təchiz edilib.