"Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracağıq".
Hafta.az xəbər verir ki, bu barədə Qarabağda erməni separatçıların yaratdığı qondarma rejimin keçmiş “rəhbəri”, ötən gün həbs edilən Arayik Arutyunyanın vəkili Alov Səfərəliyev deyib.
“Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracağıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!”, - deyə vəkil əlavə edib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyan saxlanılıb.