ATƏT Katibliyindən ikibaşlı Minsk Qrupu cavabı

16:22 13.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ATƏT Katibliyi Qarabağ münaqişəsi zonasında sabit sülhün bərqərar olması üçün səylərin gücləndirilməsini zəruri hesab edir.

Hafta.az bildirir ki, bu barədə “Azadlıq” radiosunun ATƏT Katibliyinə ünvanladığı sorğuya cavabda deyilir.

“Biz Minsk Qrupunu münasib qurum kimi qiymətləndiririk və sabit sülhün, regionun rifahının və inkişafının bərqərar olması üçün səylərin gücləndirilməsinin zəruriliyini görürük”, - deyə sorğunun cavabında bildirilir. Eyni zamanda, katiblik ATƏT-in Minsk Qrupu kontekstində Fransa və ya ABŞ-la bağlı danışıqları şərh etməkdən imtina edib.

Həmçinin, katiblik Ermənistanın Azərbaycanla danışıqların təşkili üçün təxminən iki ay əvvəl ATƏT-in Minsk qrupunun həmsədrlərinə göndərdiyi müraciətin taleyini şərh etməyib.

“Həmsədr ölkələr, Aİ kimi, son həftələr Bakı və İrəvanla fəal əməkdaşlıq edirlər. Ermənistan və Azərbaycan ATƏT-in üzvü olan ölkələr kimi təşkilatın həm öz mandatı çərçivəsində, həm də digər kontekstlərdə istənilən dəstəyi göstərməyə hazır olduğunu bilirlər”, - ATƏT-in katibliyi qeyd edib.

Oxunma sayı 49