Avropa Parlamenti bu gün bir xristian klubu kimi fəaliyyət göstərir - Qüdrət Həsənquliyev

12:01 06.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Avropa  Parlamentinin qərarı rüsvayçıdır. Bu qərar Avropa Birliyinin tarixində Azərbaycan-Avropa Birliyi münasibətlərində qara ləkə olaraq qalacaq”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev AP-nin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməni müzakirə edərkən bildirib.

Deputat qeyd edib ki, Avropa Parlamenti bu gün bir xristian klubu kimi fəaliyyət göstərir və Türkiyəni Avropa Parlamentinə buraxmır.

Q.Həsənquliyev qeyd edib ki, 30 il müddətində Avropanın ədalətsizliyi  nəticəsində erməni separatçılığı inkişaf etdi. Azərbaycanda işğal, qətliamlar, soyqırımlar törədən Ermənistana qarşı heç bir sanksiyalar tətbiq etmədilər.

“Ermənilər Azərbaycanda etnik təmizləmə həyata keçirəndə Avropa bunu görmədi. Bütün bunlar bunu göstərir ki, Avropanın bizə münasibəti dəyişməzdir”.

Siyasət rubrikasından digər xəbərlər