Avropa Parlamenti qara fikirli isanların tribunasıdır - Aydın Mirzəzadə

12:05 06.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Avropa Parlamentinin qətnaməsi qərəzlidir. Həqiqətə, ədalətə ziddir və AP-nin biabırçı sənədi kimi qiymətləndirilə bilər”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, Avropa Birliyi beynəlxalq hüquqa “yox” deyənlərin tərəfində durur.

“Avropa Parlamentinin qəbul etdiyi sənəd ərazi bütövlüyünü şübhə altına alır. Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyini, buradakı tədbirləri görmək istəmir. Elə cə də Qarabağdan köçən ermənilərə sərhədçilərimizin necə diqqət və hörmətlə yanaşdığını görmürlər. Biz bu münasibəti ermənilərin Xocalıda törətdiyi faciədə, Kəlbəcərin, Laçının və digər rayonların işğal olunması zamanı da görmədik. Avropa Parlamenti Ermənistanın işğalına göz yumdu. Ermənistanın işğalçılıq siyasətini müdafiə etdilər”.

A.Mirzəzadə bildirib ki, Avropa Parlamentini qara fikirli isanların tribunasıdır. 

“Qətnaməni rədd edirik. Belə qətnamələrlə  Azərbaycanı ərazi bütövlüyü siyasətindən əl çəkdirə bilməyəcək. Onlar bu cür qətnamələr qəbul etdikcə biz bütün torpaqlarımızı inkişaf etmiş ölkəyə çevriləcəyik”.

Siyasət rubrikasından digər xəbərlər