Avropa Şurasının Baş katibi: Xankəndidə qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur

14:57 10.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xankəndidə qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur.

Bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç X sosial şəbəkəsində yazıb.

Qeyd edilib ki, regionda humanitar vəziyyət və beynəlxalq standartlara hörmət əsasdır: “Avropa Şurası bütün tərəfləri gərginliyi azaltmağa, dialoqa getməyə və sülhü bərpa etməyə çağırır. Avropa Şurası dəstək verməyə hazırdır”.