“Avroviziya-2023” Ukraynada keçirilməyəcək

17:41 17.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna ölkədəki mövcud vəziyyət səbəbindən “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsini təşkil edə bilməyəcək.

Hafta.az Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə qərar Avropa Yayım Birliyi (EBU) tərəfindən qəbul olunub.

“Ukrayna təmsilçisinin “Avroviziya”da qələbəsindən sonra EBU Ukrayna İctimai televiziya kompaniyasının müsabiqənin gələn il keçirilməsi variantlarını öyrənib. Obyektiv təhlildən sonra referent qrupu təəssüf hissi ilə belə qərara gəlib ki, mövcud vəziyyət, təhlükəsizlik zəmanəti nəzərə alınaraq, yayımçı müsabiqənin qaydalara uyğun təşkili və keçiirilməsi üçün zəruri olan şərtləri yerinə yetirə bilməyəcək”, - deyə müsabiqənin saytında dərc olunmuş bəyanatda bildirilir.

Xatırladaq ki bu ilin mayında keçirilmiş mahnı müsabiqəsində Ukraynanın Kalush Orchestra qrupu Stefania kompozisiyası ilə qalib gəlib. İkinci yeri 466 bal toplayan Böyük Britaniya təmsilçisi Sem Rayder tutub.

Hazırda müsabiqənin Britaniyada keçirilməsi məsələsinə baxılır. EBU bununla bağlı BBC ilə danışıqlara başlayır.

“Avroviziya” 1956-cı ildən keçirilməyə başlayan ən populyar qeyri-idman tədbirlərdən biridir, onun 600 milyonadək tamaşaçı auditoriyası var.

Oxunma sayı 269