Avstraliyalı məşhur müğənni vəfat etdi

12:13 09.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məşhur avstraliyalı müğənni və aktrisa Oliviya Nyuton-Con vəfat edib.

 

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, 74 yaşlı müğənni süd vəzi xərçəngindən dünyasını dəyişib.

 

Qeyd edək ki, həm müğənni, həm də aktrisa kimi dünya şöhrəti qazanan sənətçi daha çox Con Travolta ilə birgə baş rolu canlandırdığı “Briolin” (1978) filmi ilə şöhrət qazanmışdı. Növbəti illərdə daha çox müğənni kimi populyarlıq qazanan Oliviya Nyuton-Con 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Yay Olimpiya Oyunlarının açılışını edib

Oxunma sayı 125