Avtomobil sürtkü yağları mağazası yanıb

16:53 31.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər rayonunda yanğın hadisəsi olub.

Hafta.az FHN-ə istinadən bildirir ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 70 m² olan avtomobil sürtkü yağları mağazasının yanar konstruksiyaları yanıb.

Bitişik tikillilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.