Ayətullah Xomeyni sui-qəsd yoluyla öldürülüb - KEÇMİŞ CANGÜDƏNİ SİRLƏRİ AÇDI

10:40 01.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran İslam inqilabının lideri Ayətullah Ruhulla Xomeyninin ölümü ilə bağlı heyrətedici fakt ortaya çıxıb.

Hafta.az-ın Mepa-ya istinadən yazdığına görə, inqilab liderinin ölümü ilə bağlı danışan şəxsi cangüdəni olmuş Həmidrza Nəqqaşian bildirib ki, sitat: Xomeyni xəstəxanaya ürəyində yaranmış problemlə bağlı aparılsa da, orada müayinə zamanı yuxarı qastrointestinal qanaxma diaqnozu qoyuldu.

Nəqqaşian bildirib ki, Xomeynini müalicə etmək üçün yazılan dərmanlar İngiltərədən gətirilib. Hətta bunun üçün əvvəllər olmayan, sadəcə Xomeyninin dərmanlarını tədarük eləmək məqsədilə aptek açılıb, islan inqilabı lideri vəfat edən kimi də bağlanıb. 

Keçmiş cangüdən Xomeyniyə reseptin kim tərəfindən yazıldığını deməyib. Amma qeyd edib ki, İranın keçmiş prezidenti Haşimi Rəfsəncani, İran kəşfiyyat orqanlarının dini rəhbərin ölüm səbəblərini araşdırmaq istəməsinin qarşısını alıb.

Nəqqaşian eynı zamanda indiki dini rəhbər Əli Xameneinin təhlükəsizliyini gücləndirməyi də məsləhət görüb. 

Siyasət rubrikasından digər xəbərlər