Prezident İlham Əliyev fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində qalib gələndən sonta xarici ölkəyə ilk rəsmi səfərini Türkiyəyə etdi.
Türkiyənin Cənubi Qafqaz üzrə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay hafta.az-a bildirib ki, Azərbaycanda keçirilən seçkilərdən sonra Prezident İlham Əliyevin ilk rəsmi səfərini Türkiyəyə etməsi ənənəyə çevrilib. Bu, türk dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsinə yol açacaq.
H.Oktay qeyd edib ki, regionda strateji baxımdan qonşularla yaxşı münasibətlər inkişaf etdikcə Azərbaycan Türkiyənin dəstəyi ilə gündəmə gələcək.
“Türkiyə-Azərbaycan-Ermənistan üçtərəfli sülhü bərqərar olacaq və Azərbaycan ən böyük dövlətə çevriləcək. Bu gün Türkiyədə Senur dəhlizi ilə bağlı müzakirələrin daha geniş kontekstdə qiymətləndirilməsi, Azərbaycana təzyiqlərin dağıdılması və daha genişmiqyaslı strategiyanın hazırlanması ilə bağlı mühüm müzakirələr aparılır. Türkiyədə seçkilər bitdikdən sonra Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycanda daha yaxşı inkişaf olacaq”.