Azərbaycan Ordusunun erməni mövqelərini atəşə tutması yalandır - MN

16:10 28.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müdafiə Nazirliyi (MN) ermənilərin sərhəddə Azərbaycan tərəfinin guya atəşkəsi pozması barədə yaydığı məlumata cavab verib.

Nazirliyin Mətbuat xidmətindən hafta.az-a verilən məlumatda bu informasiyanın yalan olduğu bildirilib.

"Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır", - məlumatda deyilir.

Siyasət rubrikasından digər xəbərlər