Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub

16:30 05.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Larvov arasında telefon danışığı olub.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və İnformasiya departamentindən hafta.az-a verilən məlumata görə, telefon danışığı zamanı nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatının icrasının gedişatını, tərəflərin Rusiya sülhməramlıları ilə əməkdaşlığını, ikitərəfli əməkdaşlığa dair aktual mövzuları, eləcə də beynəlxalq gündəmdə duran məsələləri müzakirə ediblər.