Yazını böyüt
Yazını kiçilt
“Özünü müxalifət adlandıran Əli Kərimli və onun dəstəsinin məntiqsiz fikirləri heç kimə maraqlı deyil. Çünki xalqın gözü tərəzidir. Azərbaycan xalqı Əli Kərimlinin kimliyini də, Azərbaycanı qalib edən böyük siyasətçinin xidmətlərini də yaxşı bilir”.
Hafta.az xəbər verir ki, bunu deputat Şahin İsmayılov Milli Məclisin bugünkü iclasında bildirib.
Deputat qeyd edib ki, Əli Kərimli yaxşı bilir ki, seçkilərə qatılsa, biabırçı şəkildə uduzacaq. Onun fikrincə, sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtina etməyin əsas səbəbi odur ki, Kərimli heç bir nüfuza sahib olmadığını, seçkilərdə birabırçı şəkildə uduzacağını və havadarlarının qarşısında pis vəziyyətə düşəcəyini yaxşı bilir.