Azərbaycanda bu gün peyvənd olunanların STATİSTİKASI

17:38 22.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 843 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 284, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 559 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 032 516, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 971 930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 060 586 təşkil edir.