Yazını böyüt
Yazını kiçilt
Dağlıq Qarabağ səmaları üzərində vurulan Azərbaycan Hava Qüvvələrinə məxsus hücum təyyarələri haqqında məlumatlar saxta çıxıb.
Hafta.az-ın məlumatına görə, bu barədə Rusiyanın "avia.pro" nəşri bildirib.
Qeyd olunub ki, Ermənistan media resursları guya Azərbaycanın Su-25 hücum təyyarəsinin Qarabağ səmaları üzərində vurulması haqqında saxta məlumatlar yayıb: "Ermənistan Müdafiə Nazirliyinin saxta açıqlamalarına baxmayaraq, heç bir tutarlı sübut yoxdur və erməni KİV-lərinin yayımladığı video çoxdan hazırlanıb".