Yazını böyüt
Yazını kiçilt
Rusiyanın məşhur “Pole çudes” verilişinin aparıcısı Leonid Yakuboviç İrəvana gedib.
Hafta.az xəbər verir ki, bu haqda Ermənistanın “Qraparak” nəşri məlumat yayıb.
Məşhur teleaparıcı İrəvana dostu, tanınmış erməni iş adamı, “Dvin” otellər kompleksinin rəhrbəri Artak Tovmasyanın 55 illik yubileyində iştirak etmək məqsədilə gəlib.
Erməni biznesmenin ad gününə Rusiya estrada ulduzları Filip Kirkorov, Vera Brejneva və başqaları da gəlib.
Xatırladaq ki, Leonid Yakuboviç son illər dəfələrlə Azərbaycanda olub. “Azerçay”ın məşhurlaşmış telereklamına çəkilib, “Qarabağ” futbol komandasının oyunlarına tamaşa edib...