Azyaşlı övladı olan tək valideynin işdən çıxarılması yasaqlandı

10:05 01.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması 16 yaşına çatmamış uşaqları olan tək valideynlərin işdən çıxarılmasını qadağan edən qanun layihəsini qəbul edib.

Hafta.az-ın yazdığına görə, əvvəlki qanunda yaş həddi 14 götürülmüşdü.

Parlamentarilərin fikrincə, uşaqların 16 yaşına qədər qayğıya və yardıma ehtiyacı var və onları bu dəstəkdən məhrum etmək olmaz.

Qanun layihəsinin lazımi prosedurlardan sonra qısa müddətdə qüvvəyə minməsi gözlənilir.

Oxunma sayı 64