“Çox böyük dərman qıtlığı var. Dərmanlar keyfiyyətsizdir və təsir göstərmir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhmədov “Dərman vasitələri haqında” qanunun müzakirəsində bildirib.
Deputat “Alman apteki”-nin adını çəkərək oradan alınan dərmanların təsirinin yüksək olduğunu qeyd edib və digər apteklərlə müqayisədə belə bir fərqin araşdırılmasının zəruriliyini önə çəkib.
“Niyə bu dərmanların keyfiyyəti aşağı olur. Eləcə də dərmanlar niyə bahadır və bu problemlərin aradan qaldırılması ilə bağlı hazırlandığı bildirilən layihə ilə bağlı məlumat verilmir”- deyə bu sahədə bir çox suallara cavab istəyib.
Deputat eyni zamanda hesab edir ki, bir çox strateji məhsullarla yanaşı, ölkəyə gətirilən dərmanlarda əlavə dəyər vergisindən, idxal vergisindən, gömrük rüsumlarından azad edilməlidir.