Balakəndə 4 otaqlı ev yandı

19:31 05.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Balakəndə yanğın hadisəsi olub.

Hafta.az FHN-ə istinadən bildirir ki, Balakən rayonunun Meşəşambul kəndində ümumi sahəsi 182 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin ondulindən ibarət dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.