Belarusda “Vaqner”in böyük avtomobil karvanı göründü

18:36 15.07.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

İyulun 15-də - şənbə günü səhərsaatlarında "Vaqner"in böyük karvanı Belarusa girib. Karvan hərbi texnika və şəxsi heyətdən ibarət olub. Çox güman ki, onlar Osipoviç kəndindəki çadır şəhərciyinin ərazisində yerləşdirilib.

Hafta.az xəbər verir ki, bu barədə Belarusun monitorinq qrupu "Beraluski Qayun" məlumat yayıb.

"Bu gün, iyulun 15-də səhər saatlarında Belarusda qondarma "DXR" və "LXR" qurumlarının avtomobil nömrələri ilə böyük avtomobil və yük maşınları karvanı görünüb. Müşahidə amilləri göstərir ki, bu,  gecə saatlarında  Rusiya Federasiyasının Kriçev vilayətindən  Belarusa daxil olan "Vaqner" karvanı olub. Sonra onlar Roqaçovdan keçərək" Bobruysk istiqamətində, oradan isə Osipoviçə gediblər. Marşrut “Vaqner” kolonunun Tsel kəndindəki çadır şəhərciyinə doğru hərəkət etdiyini göstərir”, - deyə məlumatda bildirilir.

İctimai nəşrin məlumatına görə, karvanda pikaplar, iri yük maşınları, "Uaz"lar və insanların daşınması üçün, ən azı, 3 avtobus da daxil olmaqla minimum 60 avtomobil olub. Kolonu Belarus yol polisi müşayiət edirb.

Sultan Laçın