“Etiraf edim ki, belə tezliklə Xankəndidə olacağımıza inanmırdım. Əlbəttə ki, haqq-ədalətin öz yerini tapacağına şübhəm yox idi. Ona görə də ordumuza, xalqımıza, Ali Baş Komandana təşəkkür edirəm, Ordu yaratdı və cəngavər kimi oğlanlarımız Vətən, qeyrət hissi ilə düşmənin üzərinə getdilər. Erməni bizim tək elektron gücümüzü görmədi, həm də xalqımızın əzmini, döyüş ruhunu, kişiliyini, mərdliyini, Vətəni üçün ölümə hazır olduğunu gördü. Uzun illər əyilən qamətimiz dikəldi”.
Bunu Hafta.az-a deputat Tahir Kərimli Azərbaycan dövlət xidməti orqanlarının Xankəndiyə getməsi və erməni əsilli əhalinin ərazilərimizdən köçüb getməsinin arxasında gizlənən iddialarla bağlı bildirib.
Deputat qeyd edib ki, bundan sonra da erməni məkiri davam edəcək. Beynəlxalq məhkəmələrə müraciət edib müdafiə olunmağa qalxacaqlar. Amma biz mövqeyimizdə haqlıyıq, geri çəkilən deyilik.