Beyləqanda ferma ərazisində konteyner yanıb

22:38 26.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqanda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Beyləqan rayonunun Allahyarlı kəndində fəaliyyət göstərməyən ferma ərazisində ümumi sahəsi 60 m² olan istifadəyə yararsız vaqon tipli konteynerin penoplastdan ibarət üzlüyü yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.