Yazını böyüt
Yazını kiçilt
Dünyaca məşhur müğənni Beyons 28-ci dəfə “Qremmi” mükafatına layiq görülüb.
Hafta.az xəbər verir ki, bununla da sənətçi bu mükafatı 27 dəfə qazanan amerikalı müğənni Elison Krausu geridə qoyaraq birinci yerdə qərarlaşıb.
“Tarix yenidən yazılır. Beyons indi ən çox “Qremmi” mükafatına sahib olan qadın müğənnidir”,- deyə təşkilatın tvitterdəki səhifəsində bildirilib.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 63-cü “Grammy” mərasimi hibrid formatda keçirilir: əsas tədbirlər Los-Ancelesdəki “Staples Center” kompleksindəki bir neçə səhnədə təşkil olunur, ancaq yayım eyni anda Los-Ancelesdəki “Troubadour” və “Hotel Caf” klublarından, Nyu-Yorkdakı “Apollo” teatrından və Neşvilldəki “Station Inn” musiqi meydançasından həyata keçirilir.