Robbie Uilyams Türkiyədə ilk konsertini bu axşam Bodrumda verəcək. Müğənnini izləmək üçün 15 min avro ilə 30 min avro arasında satışa çıxarılan biletlər isə artıq satılıb qurtarıb.
Hafta.az-ın türk mediasına istinadən yazdığına görə, məşhur britaniyalı müğənni Robbi Uilyams türk əsilli həyat yoldaşı Ayda Field və 4 övladı ilə ötən il Bodrumda istirahət etmişdi. Uilyams dünən həyat yoldaşı və uşaqları ilə birlikdə yenidən Bodruma qayıdıb. Bu axşam Türkiyədə ilk konsertini məşhur otellərdən birində verəcək müğənninin bütün biletləri satılıb.
Bülənt Cankurt, “Sabah”dakı köşə yazısında, “Uilyamsı ayaq üstə izləyəcək 2 min adam 17600 ilə 22 min lirə arasında biletpulu ödədi. Oturduğu yerdəcə yeyib-içərək konsertə baxanlar da var. Yəni mən lojalardan danışıram, hər biri 8 nəfərlik 36 loja hazırlanıb 15 min avro ilə 30 min avro arasında qiymətə satışa çıxarılıb. Bu lojaların satışa çıxan kimi satıldığını öyrəndim. Görəsən bizim yüksək cəmiyyətdən kim bu pulu xərcləyib Robbi Uilyamsı qutudan izləyəcək'' yazıb.