Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

19:15 17.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ona qarşı sanksiyalar siyahısına 14 yeni maddə əlavə edib. Bu barədə BBC məlumat yayıb.

Sanksiyalar arasında təhsil naziri Sergey Kravtsov, mədəniyyət naziri Olqa Lyubimova, Kamçatka və Adıgey qubernatorları, jurnalist Anton Krasovski və bir neçə başqa məmur da var.

Krımda yerləşən “Artek” uşaq mərkəzi də sanksiyalara məruz qalıb.