Böyük Britaniya səfirliyində Vətən Müharibəsi şəhidləri anıldı

15:58 27.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Anım Günündə Böyük Britaniya səfirliyində Azərbaycan və Ermənistan arasında münaqişədə həyatlarını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edirik.

Hafta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld sosial media hesabında qeyd edib.

"Böyük Britaniya regionda dinc gələcək üçün bütün tərəflərlə işləməyə davam edəcək", - deyə diplomat əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr tarixi respublikamızda Anım Günü kimi qeyd olunur.

Oxunma sayı 45