Böyük Qayıdış ciddi tarixi hadisədir - Deputat

13:42 03.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 30 il ərzində heç bir vətəndaşımız məcburi köçkün statusu ilə mənəvi cəhətdən barışa bilməyib. Hər kəs öz ata-baba yurdunda yaşamaq, bu statusdan bir an öncə qurtulmaq arzusunda olub.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə nəticəsində artıq vətəndaşlarımız öz ata-baba yurdlarına qayıdırlar:

"Bu qayıdış çox uğurla reallaşmaqdadır. Səksən mindən artıq insanın təhlükəsiz və ləyaqətli şəraitdə qayıdışı, özlüyündə kifayət qədər ciddi bir tarixi hadisədir”.