BQXK qrupları səsgücləndiricilərlə Xankəndi küçələrini gəzib erməni axtarır

12:04 05.10.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan nümayəndəliyi  Xankəndindəki ağır vəziyyətdə olan sakinlərə yardım göstərilməsindən bəhs edən video-çarx təqdim edib.

Hafta.az xəbər verir ki, bu haqda məlumat nümayəndəliyin “Facebook” səhifəsində paylaşılıb.

“On minlərlə insan artıq evlərini tərk edib. Amma ən həssas insanların - qocaların, xəstələrin və əlillərin köməyə ehtiyacı var”.

“Komandalarımız dəstəyə ehtiyacı olan və ya Ermənistana köçmək istəyən insanları tapmaq üçün səsgücləndiricilərlə küçələri dolaşıblar”, - paylaşımda belə deyilir.

Qeyd edək ki, Azərbaycanın müvafiq hökumət qurumlarıyla yanaşı, BQXK-nin yerli nümayəndəliyi də Qarabağın dağlıq hissəsindəki digər məntəqələr kimi, Xankəndində də qalan ermənilərin social durumunu diqqət mərkəzində saxlayır. Artıq onlarla erməni öz ərizələri ilə Azərbaycan vətəndaşlığını qəbul edərək reinteqrasiya prosesinə qoşulublar.

Siyasət rubrikasından digər xəbərlər