Yazını böyüt
Yazını kiçilt
Rus Pravoslav Kilsəsinin rəhbəri Kirill Ukraynadakı münaqişəni Tanrıya bağlayıb. Patriarx Kirill deyib ki, silahlı münaqişə sivilizasiyaların daha qlobal toqquşmasının əksidir: bu münaqişə Allahın əmrlərindən getdikcə uzaqlaşanlarla onlara əməl etməyə çalışanlar arasındadır.
Hafta.az-ın yazdığına görə, Kirill Ukrayna ordusu sıralarında Rusiyaya qarşı döyüşənləri “Kiyev administrasiyası tərəfindən aldanmaqda” ittiham edərək, ruslarla ukraynalıların eyni qan və inancdan olduğunu bildirib.
Patriarx Kirill həmçinin kilsə üzvlərini Rusiyanın keçdiyi çətin günlərdə dəbdəbəli istehlakdan və təmtəraqdan uzaq durmağa çağırıb.