Bu gün At Cinsləri Festivalı başlayır

09:10 07.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu il ilk dəfə Moskvada keçiriləcək At Cinsləri Festivalı bu gün başlayır.

Hafta.az-ın yazdığına görə, festival çərçivəsində tədbirlər iyulun 7-dən avqustun 6-dək Sokolniki, Kuzminki, Fili, Drujba və İzmaylovskiy parklarında keçiriləcək.

Rusiyanın ən çox seçilən atlarının yer alacağı festivalda at sahibləri milli geyimlərdə xüsusi şoular da təqdim edəcəklər.

Festival iyulun 7-9-da Sokolnikidə, 14-16 iyulda Kuzminkidə, 21-23 iyulda Filidə, 28-30 iyulda Drujba parkında, 4-6 avqustda isə İzmaylovskidə keçiriləcək.

Festivalda iştirak ödənişsizdir.