Yazını böyüt
Yazını kiçilt
Bu gün Rusiya Federasiyasının bütün regionlarında vətəndaşları fövqəladə təhlükələr barədə xəbərdar etmək üçün istifadə edilən siren və xəbərdarlıq sistemlərinin genişmiqyaslı sınaqları keçiriləcək.
Hafta.az-ın yazdığına görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada oktyabrın 4-də ölkə daxilində bütün şəhər və qəsəbələrdə sirenlər və xəbərdarlıq sistemləri işə salınacaq, müvafiq elanlar ölkənin bütün telekanallarında və radiostansiyalarında yayımlanacaq.
Rusiya Fövqəladə Hallar Nazirliyi vətəndaşlardan siren səsini eşitdikdən sonra təşvişə düşməməyi, sakit qalmağı, istənilən ictimai kanalı və ya radio-televiziyanı yandırmağı və yayımlanan məlumat mesajına qulaq asmağı xahiş edib.