Bu gün Məhəmməd Peyğəmbərin DOĞUM GÜNÜDÜR

12:00 26.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün sonuncu peyğəmbər Məhəmmədin salavatullahın mövludu olan Mövlud Qəndili qeyd olunacaq.

Hafta.az-ın yazdığına görə, hicri təqvimlə rəbiül-əvvəl ayının 12-də Məhəmməd peyğəmbərin dünyaya gəlişi ilə əlaqədar qeyd olunan Mövlud Qəndili İslam cəmiyyətlərində əsrlər boyunca peyğəmbərə sevginin simvolu kimi qəbul edilib.

Lüğətdə “doğum yeri və zaman” mənasını verən mövlud İslam mədəniyyətində Məhəmməd peyğəmbərin mövludu və bu çərçivədə keçirilən bayramlara işarə edir.

Bu gecə müsəlmanlar əllərini göyə qaldıraraq Uca Allaha dua edəcək, Quran oxuyacaq və gecəni ibadətlə keçirəcəklər.

Peyğəmbərimizin doğum günü ilə əlaqədar qardaş Türkiyədə Mövludi Nəbi həftəsi elan olunub. Sentyabrın 26-da başlayıb oktyabrın 2-də başa çatacaq Mövludi Nəbi həftəsi "Peyğəmbərimiz, İman və İstiqamət" mövzusu ilə müxtəlif tədbirlərlə qeyd olunacaq.