Ər-Riyaddakı Milli Korlar Assosiasiyası (KAFİF) bu il Həcc ziyarətini yerinə yetirməsi üçün yoldaşları ilə birlikdə görmə qabiliyyəti olmayan 42 kişi və qadına sponsorluq edib.
Hafta.az-ın yazdığına görə, kor zəvvarlar bütün Həcc ayinlərini, o cümlədən şeytanın daşlanması və Vida təvafını asanlaşdırılmış xidmətlər sistemi daxilində yerinə yetiriblər.
KAFİF-in İnzibati və Maliyyə İşləri üzrə direktoru Əbdüləziz əl-Mübarək Səudiyyə Ərəbistanı rəhbərliyini və bu mövsümdə əməyi keçən bütün səlahiyyətliləri builki Həcc ziyarətinin uğurlu təşkili münasibətilə təbrik edib.
O, dərnəyin bu Həcc ziyarətində kor zəvvarların ayinlərini rahatlıqla yerinə yetirmələri üçün çətinlikləri aradan qaldırmaq və prosesləri asanlaşdırmaq məqsədi daşıyan “Manasik” proqramı vasitəsilə iştirak etdiyini diqqətə çatdırıb.
Əl-Mübarək bildirib ki, bu il proqramdan yararlanan 42 kor zəvvar və onların yoldaşları üç kampaniyada qruplaşdırılıb.