Türkiyə İş Sağlamlığı və Təhlükəsizliyi (İSİG) Məclisi 2023-cü ilin ilk yarısı üçün peşə cinayətləri hesabatını ictimaiyyətə açıqlayıb. Hesabata əsasən, təəssüf ki, iş yerlərində təhlükəsizlik tədbirlərinin görülməməsi üzündən ciddi problemlər ortaya çıxır. ISIG-nin sitat gətirdiyi hesabatda belə ifadələr işlədilib: “Partlamalar, əzilmələr, çuxurlar, yıxılmalar, elektrik cərəyanı... “Türk əsri”nin ilk ayında işçilər üçün heç nə dəyişmədi... İyun ayında ən azı 159 işçi həyatını itirdi".
Hafta.az-ın yazdığına görə, hesabatda 2023-cü ilin ilk altı ilində ən azı 889 işçinin, o cümlədən yanvarda 120, fevralda 213, martda 130, apreldə 122, mayda 145 və iyunda 159 işçinin həyatını itirdiyi bildirilir.
İyun ayında peşə qətliamlarının səbəblərə görə bölgüsü aşağıdakı kimi olub: “Yol hərəkəti, xidmət qəzası nəticəsində 43 işçi; əzilmə, sürüşmə nəticəsində 24 işçi; 19 işçi infarkt, beyin qanaması səbəbiylə; hündürlükdən yıxılma səbəbiylə 18 işçi; elektrik çarpması səbəbindən 12 işçi; zorakılıq nəticəsində 10 işçi; partlayış, yanma nəticəsində 8 işçi; obyekt qəzası, yıxılma səbəbiylə 4 işçi; intihar səbəbiylə 3 işçi; kəsilmə, qırılma səbəbiylə 2 işçi; zəhərlənmə, boğulma səbəbindən 2 işçi və nəhayət 14 işçi başqa səbəblərdən həyatını itirdi”.
İyun ayında peşə qətliamlarının yaş qrupları üzrə bölgüsü: “14 yaşdan aşağı 5 uşaq işçi, 15-17 yaşlı 4 uşaq/gənc işçi, 18-29 yaş arası 28 işçi, 30-49 yaş arası 64 işçi, 50-64 yaş arası 40 işçi. 65 yaş üstü 4 işçi və daha 14-nün yaşı bilinmir.