Bu müəllimlərin maaşı artacaq - Nazir

17:32 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırmadan keçmiş bütün müəllimlərin əməkhaqlarının artırılacağını açıqlayıb.

Hafta.az xəbər verir ki, nazir bu barədə yerli mediaya müsahibəsində danışıb.

Emin Əmrullayev bildirib ki, artıq ümumi mənzərə formalaşıb və maaş artımları yalnız yüksək nəticə göstərən müəllimləri deyil, sertifikatlaşdırmadan keçən bütün pedaqoqları əhatə edəcək.

“Burada yalnız yüksək bal toplayan müəllimlər deyil, sertifikatlaşdırmadan keçmiş bütün müəllimlərin maaşı artır. Sadəcə olaraq artım diferensial şəkildə tətbiq olunur. Bir qisminin maaşı 10 faiz, bir qisminin maaşı isə 35 faiz artırılır”, – deyə nazir vurğulayıb.