“Bu şəhərdə” komandasının Londonda konserti baş tutub

22:02 09.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bu şəhərdə” komandasının Londonda konserti baş tutub.

Hafta.az xəbər verir ki, 28 May - Müstəqillik Günü ilə əlaqədar Londondakı “Hackney Empire” teatr salonunda “Bu şəhərdə” komandasının “Bakı-London” adlı konsert proqramı təşkil olunub.

Səhnəyə Əməkdar artistlər Coşqun Rəhimov və Rəfael İsgəndərovla yanaşı, müğənni Rəşad İlyasov da çıxıb. Üç yüzdən çox azərbaycanlının izlədiyi konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir Britaniyada yaşayan həmyerlimiz Şahlar Əlicanlının təşəbbüsü ilə təşkil olunub.

Oxunma sayı 233